Engineering

Miskin Abdal

Description
Sefevilerin boyuk övliyasi Miskin Abdal
Categories
Published
of 389
All materials on our website are shared by users. If you have any questions about copyright issues, please report us to resolve them. We are always happy to assist you.
Related Documents
Share
Transcript
  Tofiq HÜSEYNZADƏ SƏFƏVİLƏRİN BÖYÜK ÖVLİYASI — MİSKİN ABDAL BAKI - ŞƏMS -2005   “SƏFƏVİLƏRİN BÖYÜK ÖVLİYASI – MİSKİN ABDAL” Bakı, “ŞƏMS” nəşriyyatı – 2005, 386 səh. Topladı vəçapa hazırladı:   Toq Məhəmməd oğlu HÜSEYNZADƏ Elmi redaklor:    Mürsəl İsmayıl oğlu HƏKİMOV, lologiya elmləri doktoru, professor  Rəyçilər:    Mahmud Qara oğlu ALLAHMANLI, lologiya elmləri namizədi  Qüdrət Umud oğlu UMUDOV,  lologiya elmləri namizədi Çapa məsul:    Mehdi Toq oğlu HÜSEYNZADƏ   Аz 99 Аz 22005 Bu kitab 2001-ci ildə “Səda” nəşriyyatı tərəndən Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş “Miskin Abdal” kitabının məntiqi davamıdır. Bu kitabda böyük ustadın ictimai, siyasi, ədəbi-dini və digər yüksək insani keyyyətləri tərənnüm olunmaqla birinci kitabdan fərqli cəhətləri də vardır. Yəni, bu ki - taba böyük su şairin yeni əldə olunmuş şeirləri, “Yetim Hüseyn” dastanı, haqqında söylənilən rəvayətlər, əfsanələr, deyimlər, digər maraqlı məlumatlar, “Mehriban ayı» nağılı, şəcərə, habelə “Şad - man” poeması daxil edilmişdir. Ümidvarıq ki, kitab oxucular tərə - ndən maqala qarşılanacaqdır. ©ŞƏMS 5100000082 127-2005 X  qrii nəşr   Tofq HÜSEYNZADƏ 3 BAŞLANĞIC “Böyük el sənətkarı ilə bağlı ən böyük həqiqətlərin yeganə qaynağı və ünvanı əsrlərdən bəri göyçəlilərin müqəddəs zi - yarətgahı, iman, güman yeri olan Miskin Abdal ocağıdır. Göy - çənin Sarıyaqub kəndində Miskin Abdalın doğulduğu, övladla - rının 1988-ci ilin məlum hadisələrinə qədər yaşayıb-yaratdığı doğma ocaqdır.Məhz bu səbəbdəndir ki, Miskin Abdal nəslinin həqiqi varis - lərindən olan Tofiq Hüseynzadənin öz ulu babası ilə bağlı son illərdə apardığı axtarışlar diqqəti daha çox cəlb etməkdədir.O, Sarıyaqub kəndinin dünya yorub yola salmış nurani, pirani ağsaqqal və ağbirçəklərinin dillərindən düşməyən əf  - sanələri, rəvayətləri, şeir və dastanları, ”Оcağ”a sahiblik edən qohum-əqrablarının Miskin Abdalla bağlı zaman-zaman, nə - sillərdən-nəsillərə ötürdükləri ölməz həqiqətləri böyük məhəb - bətlə toplayıb, bir araya gətirmiş, bir çox qaranlıq mətləblərin obyektiv elmi şərhinə gözəl imkanlar yaratmışdır. Sənətkarla bağlı söylənilən fikirlərin, mübahisəli məqamların dürüstləşdi - rilməsində onun apardığı axtarışların mühüm əhəmiyyəti var  - dır”. Hüseyn İSMAYILOV, (Azərbaycan MEA-nm Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru) Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiy - yat İnstitutunуn Elmi Şurasının qərarı ilə 1999-cu ildə çap olun - muş “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” kitabın - dakı (8-ci cild, səhifə 104) “Miskin Abdalın şəxsiyyəti və taleyi” (uydurmalar, həqiqətlər) sərlövhəli elmi-təhqiqat yazısından   Səfəvilərin böyük övliyası-Miskin ABDAL 4 TANRI MİSKİNİ – HAQQ CARÇISI Türkün mənəvi-əxlaqi, dini-ruhani, elmi-irfani, ədəbi-icti - mai, sosial-mədəni dəyərlərinin mürəkkəb sintetik vəhdətinin ən optimal reallaşma faktı kimi Miskin Abdal şəxsiyyəti nadir simalardandır. Beş əsrdən artıqdır ki, onun mənəvi dünyasın - dan gələn tükənməz enerji bir qaynaq olaraq özündən son - rakı dövrlərin ədəbi mühitini həyat işığı, ilahi eşq fəlsəfəsi və coşгun könül tərənnümləri ilə qidanlandırıb; sufi aşıq olaraq sazın funksional imkanlarından da maksimum istifadə etmək - lə Məhəbbətin Eşqə, Təmizliyin Saflığa, Ehtizazın Ekstaza, İdrakın Vəhyə çatmasını, Kamilliyin Həqiqətə çevrilməsini öz müdrik şəxsiyyətində və zəngin yaradıcılığında mükəmməl şəkildə təqdim edə bilib. Bu böyük şəxsiyyətin həyatı, fəaliy - yəti, xüsusilə, ədəbi yaradıcılığı və sənətkarlığı demək olar ki, öyrənilməyib. Miskin Abdalla bağlı elmi araşdırmaların məh - dudluğunu da nəzərə almaqla sözügedən şəxsiyyətin və onun çoxistiqamətli fəaliyyətinin aşağıdakı kontekstlərdə öyrənilmə - si vacibdir:1. Miskin Abdalın şəxsiyyəti;2. Miskin Abdalın sosial statusu;3. Miskin Abdalın sufi statusu;4. Miskin Abdalın sənətkarlıq fəaliyyəti;5. Miskin Abdalın siyasi fəaliyyəti.Miskin Abdalın yaradıcılığının, bütövlükdə, sufizm epoxası konteksində araşdırılması isə öncə onunla şərtlənir ki, hər bir dövrün insanı mütləq öz fəaliyyətində hakim dünyagörüşün diktəsi altında olur. Ədəbi yaradıcılıq da birbaşa dünyagörüşlə
Search
Tags
Related Search
We Need Your Support
Thank you for visiting our website and your interest in our free products and services. We are nonprofit website to share and download documents. To the running of this website, we need your help to support us.

Thanks to everyone for your continued support.

No, Thanks
SAVE OUR EARTH

We need your sign to support Project to invent "SMART AND CONTROLLABLE REFLECTIVE BALLOONS" to cover the Sun and Save Our Earth.

More details...

Sign Now!

We are very appreciated for your Prompt Action!

x